Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Keçmiş model Güzide Duran 16 illik həyat yoldaşı Adnan Aksoydan boşanma ərəfəsində yeni sevgilisi ilə görüntülənib.
Axşam.az xəbər verir ki, model “Beşiktaş”ın sabiq prezidenti Fikret Ormanla münasibətdədir. Cütlük əl-ələ gəzərkən görüntüləniblər.
Bunun ardınca Güzidenin əri Adnan sərt açıqlama yayıb:
"Heç bir əxlaqlı və vicdanlı insan bu görüntüləri qəbul etməz! Çünki boşanma işi davam edir və təəssüf ki, bu şəxs hələ də soyadımı daşıyır. Evliliyə olan hörməti bir yerə qoyun, bu həyat tərzi və ehtiyatsızlıq onun qoyub getdiyi uşaqlarına xəyanətin ən kiçik formasıdır. Veriliş-veriliş gəzib “yaxşı ana və yaxşı həyat yoldaşı” olduğunu vurğulasa da, indi onun bu həyat tərzini necə maskalandığını ortaya qoyur. Təəssüf ki, bu adamın seçimləri nəticəsində ilk növbədə uşaqlar və mən layiq olmadığımız bir prosesdən keçmək məcburiyyətində qaldıq. Hər kəsi öz vicdanı ilə baş-başa buraxıram".
Model ünvanına səsləndirilən tənqidlərdən sonra açıqlama verib:
"Kədər yaşayıram. Bir-birindən heç bir maddi tələbi olmadığı halda mübahisəli boşanma davasının olmasından əziyyət çəkirəm. Mənim üçün yalnız kağız üzərində qalan və bir an əvvəl bitməsini arzuladığım bir prosessdir. Bundan qurtula biləcəyim günləri səbirsizliklə gözləyirəm. Övladlarımla sağlam gələcək istəyirəm.
Həyat davam edir. İndi həyatımda yeni başlanğıclara şans vermək və xoşbəxt olmaq istəyirəm. Bu şansı tapdığım üçün çox şadam. Məni başa düşdüyün və qucaqladığım üçün minnətdaram".
Qeyd edək ki, Güzide Duran 2008-ci ildə iş adamı Adnan Aksoyla ailə həyatı qurub. Onların iki övladı var. Ayrılıq xəbərlərindən sonra Güzidenin "Qalatasaray"ın texniki direktoru Okan Burukla münasibətdə olduğu iddia edilib. Model isə onunla dost olduqlarını açıqlayıb.
Buruk da açıqlamasında "Güzidə ilə köhnə dostuq. Bu söz-söhbətlər tamamilə yalandır" deyib.
Bundan başqa, model əri tərəfindən psixoloji və fiziki zorakılığa məruz qaldığını bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.