AZ

Mirabdulla Abbasov Qırğızıstan klubunda - Rəsmi

Bu yay “Səbail”dən azad agent kimi ayrılmış Azərbaycan millsinin sabiq üzvü Mirabdulla Abbasov bundan sonra Qırğızıstanda çıxış edəcək.

Arena.az xəbər verir ki, 30 yaşlı hücumçu Qırğızıstanın “Abdış-Ata” komandasına keçib. Tərəflər arasındakı müqavilə 2025-ci ilin 30 dekabrına qədər nəzərdə tutulub.

Xatırladaq ki, Mirabdulla Abbasov son olaraq “Səbail”də çıxış edib. “Neftçi”nin yetirməsi olan hücumçu “Sumqayıt”ın da formasını geyinib.

Mirabdulla bir müddət Latviyanın “Dauqavpils” klubunda da legioner həyatı yaşayıb.

Abbasov 2018-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 4 oyuna çıxıb, fərqlənə bilməyib.

Seçilən
21
arena.az

1Mənbələr