AZ

Ruslar arasında boşanma halları artır

Yazını böyüt
Yazını kiçilt

Ekspertlər getdikcə Rusiyada dövlət sosial yardım sisteminin nikahların strukturuna birbaşa təsir etdiyi və rəsmi nikahlara mane olduğu fikrini daha çox ifadə edirlər. Ailə sosiologiyası üzrə rusiyalı ekspertlər qeyd edirlər ki, bir çox ailələr sosial yardım almaq üçün ya rəsmi nikahdan yayınır, ya da kağız üzərində boşanır.

Hafta.az-ın yazdığına görə, sosioloq Tatyana Qurko “Nezavisimaya”ya bildirib ki, Şimali Qafqaz Federal Dairəsində 2012-ci ildə 7,3 olan nikah göstəricisi 2022-ci ildə 4-ə, Dağıstanda isə 7,6-dan 3-ə düşüb. Eyni bölgələrdə də saxta boşanmaların sayı artır.

Məlumata görə, rəsmi boşanma yolu ilə tək valideyn statusu qazanan qadınlar daha çox dövlət yardımı ala bilərlər. Dağıstanda 2022-ci ildə doğulan uşaqların 29,3 faizi nikahdan kənar doğulub. Mütəxəssislərin fikrincə, bu göstəricinin əhəmiyyətli hissəsini faktiki birlikdə yaşayan, lakin sosial yardım almaq üçün rəsmi şəkildə ayrılmış valideynlərin övladları təşkil edir.

Qurkonun sözlərinə görə, “boşanmış” kimi görünən bu ailələr eyni evdə yaşamağa davam edir, qadının rəsmi bəyan etdiyi gəlir həddən aşağı qalır və kişi yalnız az miqdarda aliment ödəyir ki, bu da ailəyə bütövlükdə dövlətdən daha yüksək yardım almağa imkan verir.

Rusiya Elmlər Akademiyasından Qurkonun sözlərinə görə, iqtisadi səbəblərdən həyat yoldaşları ilə müxtəlif şəhərlərdə və ya ölkələrdə yaşayan cütlüklərin sayı artıb. Bundan əlavə, Orta Asiyadan miqrasiya edən kişilər vətənlərində nikahlarını bitirmədən Rusiyada ikinci ailə həyatı qura bilərlər. Bu vəziyyət həm Rusiyada, həm də immiqrasiya ölkələrində nikahdan kənar doğumların nisbətini artırır. Məsələn, Ermənistanda doğulan hər üç uşaqdan biri rəsmən nikahdankənar qeydiyyatdadır.

Sosioloq Tatyana Smak isə deyir ki, bu istəklərə baxmayaraq, evlilik institutu zəifləyir. Ailə büdcəsinin böyük hissəsini kişilər təmin etdiyi halda, qadınlar həm məişət, həm də çöl işlərini öz üzərinə götürür.

Seçilən
21
hafta.az

1Mənbələr