AZ

Özbəkistan aqrosənaye sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır - STP rəhbəri

Şuşa. Trend:

Özbəkistan aqrosənaye sahəsində Azərbaycanla əməkdaşlıqdamaraqlıdır.

Trend-in Şuşayaezam olunmuş xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədəÖzbəkistanın Sənaye-Ticarət Palatasının rəhbəri Davron Vahabov“İnvestisiyaların və ticarətin təşviqi İƏT regionunda dayanıqlıinkişafın katalizatoru kimi” mövzusunda 6-cı İƏT Biznes Forumuçərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti bu sahədə birgətəşəbbüslərin gerçəkləşdirilməsinə maraq göstərir.

“Biz bu yaxınlarda KOBİA rəhbərliyi ilə apardığımız danışıqlardatəklif etdik ki, gəlin, ayrıca təcrübəli və peşəkar fermerlərigətirək və burada birgə layihə həyata keçirək. Məsələn, bərabərşərtlərlə – 50-yə 50. İnvestisiyanı Özbəkistan edəcək və həminməhsulu, yəni burada yetişdirilə bilən, amma bizdə çatışmayanməhsulu, Özbəkistan özü zəmanətli şəkildə alacaq,” – deyə obildirib.

Vahabov həmçinin, Şuşada kənd təsərrüfatı məhsullarınınyetişdirilməsinə maraq göstərdiyini bildirib və qeyd edib ki,burada aqrar layihələrin reallaşdırılması üçün bütün şəraitmövcuddur.

Onun sözlərinə görə, Özbəkistanda 38 milyon insan yaşayır.Ölkənin ərzaq və qida məhsulları idxalı təxminən 6 milyard dollartəşkil edir. Bu isə çox böyük bir bazar deməkdir.

“Həm Azərbaycan, həm də Özbəkistan üçün qarşılıqlı maraq olacaq.Bundan əlavə, logistika xərcləri azalacaq. Hazırda biz Avropayaixrac üçün Azərbaycan üzərindən nəql həyata keçiririk, lakin idxalhəcmi aşağıdır. Bu isə malların idxal dəyərini artırır. Əgər bizbalanslaşdırılmış ticarət dövriyyəsinə nail olsaq, sahibkarlarlogistika xərclərini azaldacaq, bu isə məhsulun maya dəyərinəmüsbət təsir göstərəcək,” – deyə Vahabov əlavə edib.

Bundan əlavə, o qeyd edib ki, Özbəkistan SOCAR-ın təcrübəsinə vəneft-kimya sahəsində birgə layihələrə, həmçinin turizm və zərgərliksənayesində əməkdaşlığa maraq göstərir.

Məqalədə:
Seçilən
4
az.trend.az

1Mənbələr