AZ

Tramp “timsahlarla dolu” immiqrant həbsxanalarının bütün ölkədə qurulmasına çağırdı- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp digər ştatları Florida nümunəsini izləməyə çağırıb. Belə ki, Floridada qanunsuz immiqrantlar üçün timsahlar və digər təhlükəli heyvanlarla dolu ərazidə yerləşən yeni bir saxlama mərkəzi inşa edilib.
"Bu, tikinti üçün əla yer seçimi idi. Biz belə saxlama mərkəzlərini bir çox ştatlarda görmək istərdik", - deyə Tramp Floridadakı mərkəzə baş çəkdikdən sonra keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu praktika "gələcəkdə sistemli bir yanaşmaya çevrilə bilər".
Yeni saxlama mərkəzi keçmiş hərbi aerodromun yerində - Florida ştatındakı Everqleydds milli parkının bataqlıq bölgəsində yerləşir. Mərkəz artıq qeyri-rəsmi olaraq "Timsah Alkatrası" adlandırılır - San-Fransiskodakı məşhur Alkatras həbsxanasına bənzədilərək. Ətraf ərazi timsahlar, krokodillər və zəhərli ilanlarla doludur.
Tramp əlavə edib ki, bu mərkəz "bir həftədən az müddətdə" tikilib və bu cür obyektlərin inşası yeni həbsxanalara nisbətən daha az maliyyə tələb edir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr