AZ

İran hökuməti müharibədən zərərçəkənlərin müvəqqəti yerləşdirilməsinə vəsait ayırıb

Bakı. Trend:

İsrailin İrana 12 günlük hərbi hava hücumlarında zərərçəkənailələrin müvəqqəti yerləşdirilməsi üçün İran hökuməti 10 trilyonrial (təxminən 16,6 milyon dollar) vəsait ayırıb.

Trend-inməlumatına görə, bununla əlaqədar İran Nazirlər Kabinetinin bu günTehranda keçirilən iclasında qərar verilib.

İran prezidenti Məsud Pezeşkianın da iştirak etdiyi iclasdahökumətə zərərçəkən ailələrin müvəqqəti yerləşdirilməsi,mənzillərin təmir olunması ilə əlaqədar yol və şəhərsalma naziri vədigər aidiyyəti qurumların rəhbərləri məlumatlar təqdim edib.

Sözügedən vəsait “İranın İslam İnqilabı Mənzil Fondu”naödəniləcək və aidiyyəti üzrə xərclənəcək.

Qeyd edək ki, İran İsrailin 12 günlük hərbi hava hücumlarındaİranda 3,5 min yaşayış binasına ziyan dəydiyini açıqlayıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb. Elə həmin günün axşamı, İran “Doğru Vəd III”əməliyyatı ilə İsrailə cavab verib.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumlarıedib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhvedildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.

Seçilən
15
az.trend.az

1Mənbələr