AZ

Azərbaycan DDoS hücumlara kifayət qədər hazırlıqlıdır

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Azərbaycan DDoS hücumlarına qarşı yetərincə texniki hazırlığa malikdir.

Bunu BAKU.WS-ə açıqlamasında İKT eksperti Elvin Abbasov bildirib. O deyib ki, DDoS hücumları bu gün texnologiya sahəsində standart hücum forması hesab olunur. Bu hücumların effektivliyi isə əsasən onların həcmi ilə bağlıdır:

"DDoS hücumları standart bir prosesdir. Burada sadəcə həcm önəmlidir. Hazırda Azərbaycan bu hücumlara qarşı kifayət qədər qabaqlayıcı tədbirlər görüb. Hücumlar fərqli IP-lərdən gəldikcə daha çətin müdafiə olunur, lakin bu IP-lər müəyyən edildikdən sonra bloklanır və hücumlar təsirini itirir".

Ekspert vurğulayıb ki, bu tip hücumlar konkret ölkə mənşəli olmur və daha çox fərdi sistemlər üzərindən həyata keçirilir:

"DDoS hücumları konkret bir ölkəni təmsil etmir. Hücumlar dünyanın müxtəlif nöqtələrindən gələn IP-lər üzərindən icra olunur. Ölkə bloklanmır, sadəcə hücuma səbəb olan fərdi IP-lər təcrid olunur. Bu, texniki baxımdan məhdudlaşdırma deyil, təhlükəsizlik tədbiridir".

Abbasov həmçinin qeyd edib ki, bu cür hücumlar istər media qurumlarına, istərsə də dövlət strukturlarına qarşı yönəldilə bilər və onların qorunma mexanizmləri arasında əsaslı fərq yoxdur:

"Media və dövlət qurumları arasında texniki baxımdan fərq yoxdur. Həm hücum, həm də müdafiə zamanı eyni üsullar və texnologiyalar tətbiq olunur".

Şahanə Xankişiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
baku.ws

2Mənbələr