“Səbail”dən ayrılan Mirabdulla Abbasov karyerasını Qırğızıstanda davasm etdirəcək.
İdmanxeber.az xəbər verir ki, o, “Abdış-Ata” (Qırğızıstan) klubu ilə anlaşıb. Lakin 30 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Mirabdulla karyerası ərzində “Neftçi” və “Sumqayıt”da da oynayıb.