AZ

Rusiya Azərbaycandan nəyi xahiş edib?

“Moskva Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin əməkdaşlarının vətəndaşlara baş çəkməsi imkanını xahiş edib”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan hələ də həbs edilmiş Rusiya vətəndaşlarına, o cümlədən rusiyalı jurnalistlərə ziyarət imkanı yaratmayıb. 

Diplomat onu da vurğulayıb ki, iki ölkə arasında münasibətlərdə yaranan məsələlər siyasi və diplomatik kanallardan istifadə etməklə tərəfdaşlıq şəraitində həll edilməlidir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
7
missiya.az

1Mənbələr