AZ

“Sabah”ın rəqibindən transfer

Sloveniyanın “Sele” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda “Nafta 1903″dən ayrılan Darko Hrka ilə anlaşıb. 25 yaşlı sloveniyalı dayaq yarımmüdafiəçisi ilə 2027-ci ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, “Sele” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”ın rəqibidir. Tərəflər arasında ilk oyun iyulun 10-da Bakıda keçirəcək. Komandalar arasındakı cavab matçı isə 1 həftə sonra Sloveniyada baş tutacaq.

Seçilən
20
idmanxeber.az

1Mənbələr