AZ

“Azərbaycandan üzr istəməyəcəyik” - Rus deputat

Yekaterinburqda və digər Rusiya şəhərlərində azərbaycanlılara qarşı törədilən vəhşiliklər Rusiyadakı zatən qudurmuş şovinist, millətçi dairələri daha da cuşa gətirib.

Hurriyyet.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Andrey Luqovoy Azərbaycan və Rusiyada yaşayan azərbaycanlılar barədə təxribatçı fikirlər səsləndirib. 

LDPR-i təmsil edən deputat Rusiaynın Qafqazı “partlada biləcəyinə” eyham vurub: “Qafqazda hər şey barıt üzərindədir. Bir ehtiyatsız hərəkət və partlayış olacaq”.

“Deputat” Yekaterinburqdakı vəhşiliyi “xüsusi xidmət orqanlarımızın güclü əməliyyatı”, öldürülən və həbs edilən azərbaycanlıları isə “etnik mütəşəkkil cinayətkar qrup” adlandırıb.

Azərbaycanlıları müxtəlif cinayətlərdə ittiham edən Luqovoy guya hər şeyin qanuna uyğun şəkildə həyata keçirildiyini iddia edib. Bakının buna münasibətini isə “diplomatik isteriya” adlandırıb: “Azərbaycan hakimiyyəti Rusiyanı “qəddar hərəkətlərdə” ittiham edib və Rusiya tədbirlərini: tamaşaları, konsertləri, hətta “Şelkunçik”, “Düyməcik” və “Master və Marqarita”nı qadağan edib.

Türkiyə və Azərbaycan mediası buna qoşulub və açıq şəkildə Rusiyanı “zorakılıqda” ittiham edir, Azərtac dövlət xəbər agentliyi isə ölkəmizi 1930-cu illərdəki nasist Almaniyası ilə müqayisə edir. Bu artıq reaksiya deyil - birbaşa siyasi hücumdur”.

Daha sonra ölkəmizin ünvanına özünün, öz millətinin, nəslinin olmayan tərbiyəsinə uyğun ifadələr işlədən “deputat” rəsmi Bakını İstanbul və Londonla əlaqələrinə görə ittiham edib.

Uzun uzadı hürəndən sonra Luqovoy Azərbaycandan üzr istəməyəcəklərini deyib: “Bakıda qərar veriblərsə ki, öz evimizdə qayda-qanun yaratdığımız üçün üzr istəməliyik, qoy bunu unutsunlar. Rusiya əyilmir!".

Görünür, Luqovoy kimi nasistlər qeyri-rusları qətlə yetirməyi, həbs etməyi, alçaltmağı “öz evimizdə qayda-qanun yaratmaq” kimi başa düşürlər. Həmçinin, bunun kimi həşəratlar Rusiyanın çoxdan “əyildiyini” və ən azından Ukraynada, Suriyada, İranda və digər regionlarda həmin əyilmiş pozada başına çox oyunlar açıldığını da görmək istəmir...

AzPolitika.info

Seçilən
11
hurriyyet.az

1Mənbələr