Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan boksçusu Sübhan Mamedov (50 kiloqram) Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda yarımfinala yüksəlib.
AZƏRTAC xəbər verir ki, buna idmançımızın türkiyəli rəqibi Samet Gümüşün döyüşə gəlməməsi səbəb olub.
Boksçumuz 1/2 finala adlamaqla özü üçün ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, Azərbaycanın 11 boksçu ilə qatıldığı Dünya Kubokunda ölkəmizi Emil Qurbanəliyev və Anar Babanlı hakim kimi təmsil edirlər.