AZ

Türkiyəli vətəndaş İranda girov götürüldü – ailəsindən 30 min dollar tələb olunur

Türkiyənin Ərzincan şəhərində dərzi kimi çalışan 45 yaşlı Salim Özbekin, dini nikahla evləndiyi əfqan əsilli həyat yoldaşını gətirmək üçün getdiyi İranda naməlum şəxslər tərəfindən qaçırıldığı bildirilir. Məlumata görə, onu girov götürən şəxslər işgəncə görüntülərini ailəsinə göndərərək 30 min dollar fidyə tələb ediblər. Özbek ailəsi isə qardaşlarının həyatının təhlükədə olduğunu bildirərək Türkiyə hakimiyyətindən kömək istəyib.

Salim Özbekin qardaşı Ali Özbek media nümayəndələrinə açıqlamasında bildirib ki, qardaşı təxminən bir ay əvvəl İrana səfər edib, lakin bölgədəki İran-İsrail qarşıdurması və təhlükəsizlik problemi səbəbindən geri qayıdıb. O, ötən həftə yenidən İrana getdikdən sonra bazar günündən etibarən ondan heç bir xəbər alınmadığını qeyd edib.

Ali Özbek deyib:

"Qaçıran şəxslər WhatsApp üzərindən bizimlə əlaqə saxladılar. Əvvəlcə inanmamışdıq. Lakin sonra qardaşımın əlləri bağlı halda işgəncəyə məruz qaldığı fotoları göndərdilər. 'Əgər 30 min dollar ödəməsəniz, qulağını kəsib göndərəcəyik' deyə hədələdilər. Bizim bu məbləği ödəməyə imkanımız yoxdur. Qardaşımın həyatı təhlükədədir, rəsmi qurumlardan təcili yardım istəyirik".

Özbek ailəsi 30 ildir Türkiyədə yaşadıqlarını və bu ölkəni öz vətənləri kimi gördüklərini vurğulayıb.

Salim Özbekin 28 yaşlı qardaşı oğlu Məhəmməd Özbek isə bildirib ki, əmisi uzun illər təkbaşına yaşayıb və illər öncə həyat yoldaşı üç övladını da götürərək yoxa çıxıb.

Seçilən
20
news365.az

1Mənbələr