Fransanın “Lion” klubundan ayrılan Aleksandr Lyakazettin yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, forvard NEOM-a keçib. Bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Lyakazett ötən mövsüm “Lion”la 42 oyunda 19 qol vurub.