AZ

Ersin Tatar: Türk dövlətləri ilə birlikdə gələcəyə daha güclü addımlarla irəliləməliyik

"Sabah İqtisadi Əməkdaşlıq Təşklatına (İƏT) üzv ölkələrin Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşündə iştirak edəcəm.
İƏT-ə üzv ölkələr arasında başda turizm, ali təhsil və ticarətin inkişafı istiqamətində müxtəlif əlaqələr qurulacaq".

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar deyib.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Prezidentiİlham Əliyevə qardaşlığı və bizimlə eyni hissi yaşadığına görə təşəkkür edirəm. Dünyada münaqişələr davam edərkən nə qədər məzlum insanların qətl edildiyinigörürük.

Biz artıq birlik və bərabərlik içində xüsusilə türk dövlətləri ilə birlikdə gələcəyə daha güclü addımlarla irəliləməliyik. Prezident İlham Əliyevin də dediyi kimi türk dövlətlərini gücləndirmək və daha inamlı addımlarla irəli getməliyik", - deyə E.Tatar bildirib.

Seçilən
12
4
teleqraf.com

6Mənbələr