AZ

Abşeron rayonunda “2 iyul – Azərbaycan Polisi Günü” qeyd edilib (FOTO)

Bakı. Trend:

Abşeron rayonunda polis işçilərinin peşə bayramı qeyd edilib.Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutantədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev,Abşeron Rayon Polis İdarəsinin rəisi Musa Musayev, YAP Abşeronrayon təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimaiŞuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anasıXatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Raufİbadovun atası Məhərrəm İbadov, hüquq mühafizə orqanlarının,regional idarə və təşkilat rəhbərləri, şəhid ailələri, Abşeronpolisinin şəxsi heyəti və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsiönünə güllər düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramlayad ediblər.

Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin,vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizinvə xidmət zamanı həlak olmuş polislərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan polisinin şərəfli tarixinə və əzmkarfəaliyyətinə həsr olunmuş sənədli videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısıAbdin Fərzəliyev polis əməkdaşlarını peşə bayramı münasibəti ilətəbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Ölkəmizin ictimai-siyasi həyatında sabitliyin təmin olunmasındapolisin xüsusi rolunun olduğunu vurğulayan RİH başçısı bildirib ki,hava durumundan, günün saatından asılı olmayaraq asayiş keşikçiləridaima məslək başındadırlar və vətəndaşların xidmətindədirlər.

Azərbaycan polisinin inkişafı və bugünki nailiyyətləri məhz UluÖndər Heydər Əliyevin adı ilə bağlı olduğunu tədbiriştirakçılarının diqqətinə çatdıran RİH başçısı vurğulayıb ki,Ümummilli Liderin siyasətinin layiqli davamçısı, AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev polis strukturunadaim diqqət və qayğı göstərib. Azərbaycan polisi hazırda güclümaddi-texniki bazaya malik olmaqla yanaşı ölkəmizdə ictimaiasayişin qorunmasında xüsusi rol oynayan hüquq-mühafizəstrukturlarından birinə çevrilib. Əldə olunan bu inkişafınnəticəsidir ki, respublikamızda kriminaloji durum nəzarət altındasaxlanılır, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinəqarşı mübarizədə adekvat cavab tədbirləri həyata keçirilir.

Sonra Abşeron RPİ rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi,polis mayoru Elnur Rəşidov hesabat xarakterli çıxış edib.Azərbaycan polisinin şərəfli tarixindən, o cümlədən Abşeronpolisinin fəaliyətindən və gördüyü işlərdən söz açıb.

Vətən Müharibəsi şəhidi Rəşad Mehdiyevin atası, Birinci QarabağMüharibəsi qazisi, keçmiş polis üzvü Rəhman Mehdiyev də çıxışedərək Azərbaycvan polisinin göstərdiyi xidmətlərdən, vətənimizinazadlığı uğrunda gedən döyüşlərdə polis nəfərlərinin göstərdiyişücaətlərdən danışıb.

Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən bir qrup polisəməkdaşı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlatəltif olunub, gələcək fəaliyyətlərində uğurlar arzu edilib.

Daha sonra respublikamızın xalq artistlərinin və sevilənincəsənət xadimlərinin iştirakı ilə bədii hissə təqdim edilib.

Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Seçilən
29
9
az.trend.az

8Mənbələr