Özbəkistan və Azərbaycanın birgə layihələr portfeli 4 milyard dollara çatıb.
“Report” xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.
Onun mətbuat xidmətinin məlumatına görə, iyulun 2-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş, həmçinin iki ölkənin Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirilib.