AZ

Zaxarova: Zahirəddin İbrahimov qanunsuz hərəkətlərinə görə Rusiya vətəndaşlığından məhrum edilib

ain.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycana ekstradisiya olunan Zahirəddin İbrahimov qanunsuz hərəkətlərinə görə Rusiya vətəndaşlığından məhrum edilib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya qanunvericiliyi Rusiya Federasiyası vətəndaşını başqa ölkəyə ekstradisiya etməyə imkan vermir.

Zaxarova İbrahimovun daha əvvəl qanunsuz hərəkətlərinə görə, Rusiya Federasiyası vətəndaşlığından məhrum olunduğunu söyləyib.

Qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşı Zahiriddin İbrahimov Bakının sorğusu əsasında Azərbaycana verilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
33
apa.az

10Mənbələr