AZ

AFFA rəsmisi: Rusiya millisi ilə yoldaşlıq oyunu keçirmək üçün vaxt yoxdur

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat katibi Elnur Məmmədli Rusiya Futbol İttifaqının rəhbəri Aleksandr Dyukovun bu ölkənin millisinin azərbaycanlılarla yoldaşlıq oyunu keçirmək istəyi ilə bağlı sözlərinə münasibət bildirib.

Operativ Media Rusiyanın “sport24.ru” saytına istinadən xəbər verir ki, AFFA rəsmisi ruslarla oyun keçirmək üçün təqvimdə vaxt olmadığını deyib:

“Hazırda Azərbaycan millisi payızda start götürəcək dünya çempionatının seçmə oyunlarına hazırlaşır. Bildiyiniz kimi, bu qarşılaşmalar sentyabr-noyabr aylarında keçiriləcək. Ona görə də, bu il Rusiya millisi ilə yoldaşlıq oyunu keçirmək üçün təqvimdə vaxt yoxdur”.

Məmmədli “oyun gələn il baş tuta bilərmi” sualına isə belə cavab verib:

“2026-cı il üçün təqvim və hazırlıq planı hazırlanır. Bu ilin sonunda məlum olacaq”.

Seçilən
19
18
operativmedia.az

10Mənbələr