Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Nazirliyin təhlükəsizliyini və mühafizəsini təmin edən polis əməkdaşlarını 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə təbrik edib.
Nazirliyin Aparat rəhbəri Fuad Musayev onlara fədakar və məsuliyyətli xidmətlərinə görə təşəkkür edib, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzu edib.