AZ

Rayon-rayon torpaq qiymətləri: Bəziləri ucuzlaşdı, bəziləri sıçradı

Rayonlar üzrə torpaq qiymətlərində fərqli tendensiyalar müşahidə olunur.

Torpağa tələbat artır: 2025-ci ildə də bahalaşma gözlənilir

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatında ətraflı məlumat verilib.

2024-cü ildə Nəsimi və Nərimanov rayonlarında torpaq sahələrinin dəyərində azalma qeydə alınıb. Hesabatda göstərilir ki, 2023-cü ildə şəhərin mərkəzi rayonlarında yaşayış binalarının tikintisinin artması fonunda torpağa tələbat yüksək olub. Lakin 2024-cü ildə əmlak bazarında müşahidə olunan ümumi durğunluq yeni tikintilərin sayının azalmasına səbəb olub, bu da torpaq sahələrinə olan tələbi zəiflədərək qiymətlərin aşağı düşməsinə gətirib çıxarıb.

Bu il ərzində Nərimanov və Nəsimi rayonlarında ciddi qiymət dəyişkənliyi baş verməyib. Əvəzində, Xətai və Səbail rayonlarında torpaq sahələrinin dəyəri artıb. Bu artım, xüsusilə “Ağ şəhər” layihəsinin genişlənməsi və sahilboyu infrastrukturun inkişafı ilə izah olunur. İl sonuna doğru Xətai rayonunda müəyyən ucuzlaşma müşahidə olunsa da, Səbail və Nizami rayonlarında qiymətlər bahalaşmaqda davam edib.

Binəqədi və Sabunçu rayonlarında qiymətlər sabit qalsa da, Xəzər rayonunda torpaq sahələrinin dəyərində ciddi artım baş verib. 2024-cü ilin əvvəli ilə müqayisədə ilin sonunda Xəzər rayonunda 30%-ə yaxın qiymət artımı qeydə alınıb.

Bundan əlavə, Suraxanı rayonunda qiymətlər 15%, Qaradağ rayonunda isə 20%-ə qədər artıb. Abşeron rayonu üzrə isə bu artım nisbətən zəif – təxminən 5% olub. Suraxanı rayonunda qiymət artımı əsasən yüksək tələblə əlaqələndirilir.

Hesabatda bildirilir ki, bu rayonda yeni və iri həcmli yaşayış komplekslərinin sayı sürətlə artır, bu da torpağa olan marağı artıraraq qiymətlərə təsir göstərir.

Seçilən
147
50
fed.az

10Mənbələr