AZ

“Münasibətlərimizi korlamaq istəyənlər nə etdiklərini yaxşı düşünməlidir”

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri son dərəcə vacibdir, onu korlamaq istəyənlər nə etdiklərini yaxşı düşünməlidirlər”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Sadəcə bu vəziyyətdən istifadə etmək istəyənlər az deyil. Amma düşünürəm ki, hər iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə önəmlidir.

Bu münasibətləri korlamaq istəyənlər isə nə etdiklərini yaxşıca götür-qoy etməlidirlər. Rusiya uzun illərdir Azərbaycanla qarşılıqlı maraqların nəzərə alındığı və hörmətə əsaslanan münasibətlər qurur”, - deyə Zaxarova vuurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
qafqazinfo.az

2Mənbələr