Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etməyə hazırlaşır. Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
KONKRET.az xəbər verir ki, nazirliyin bəyanatına görə, yeni sanksiyalar paketi yaxın günlərdə qəbul ediləcək və Moskvanın Ukraynaya qarşı davam edən təcavüzkar siyasətinə cavab olaraq hazırlanıb.
Fransa tərəfi bildirib ki, bu paket Aİ-nin Rusiyaya qarşı iqtisadi və siyasi təzyiqlərini əhəmiyyətli dərəcədə gücləndirəcək. Yeni tədbirlər enerji, maliyyə, texnologiya sahələrini əhatə edə bilər.
Qeyd edək ki, bu, Rusiyaya qarşı Aİ tərəfindən tətbiq olunacaq 14-cü sanksiyalar paketi olacaq.
Aynurə İsmayıl
KONKRET.az