AZ

İranın Məşhəd şəhərindən müəyyən istiqamətlərdə uçuşlar bərpa olunub

Bakı. Trend:

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətinin Məşhədşəhərinin “Şəhid Haşeminejad” beynəlxalq aeroportundan 15istiqamətdə uçuşlar bərpa olunub.

Trend-inməlumatına görə, bunu İranın Rəzəvi Xorasan vilayətinin aeroportlaridarəsinin baş direktoru Mahmud Amani Bəni yerli mediayaaçıqlamasında deyib.

Onun sözlərinə görə, 12 şəhərə - Pekin, İstanbul, Dubay, YeniDehli, Şanxay, Kabil, Karaçi, Lahur, Mədinə, Məsqət, Moskva, Dohaşəhərlərinə uçuşlar bərpa olunub.

Amani Bəni bildirib ki, hazırda üç beynəlxalq şirkət - “TurkishAirline”, “Fly Dubai” və “Əl-Ərəbiyyə” hava yolları şirkətləriMəşhəd aeroportuna uçuşları bərpa ediblər.

Amani Bəni qeyd edib ki, uçuşların bərpa olunduğu 3 şəhər isəölkənin cənubunda yerləşən şəhərlərdir.

Qeyd edək ki, 13 iyunda İsrailin İrana hərbi hava hücumlarabaşlamasından sonra İranın hava məkanı bağlanıb və bu hücumlar 12gün davam edib. Hazırda da ölkənin yarım-şərq istiqaməti uçuşlarüçün açılıb və ölkənin cənub, şimal və qərb hissələri uçuşlaraqapalıdır.

Seçilən
55
az.trend.az

1Mənbələr