AZ

İtaliyada isti hava meşə yanğınlarına səbəb olub

Roma, 2 iyul, AZƏRTAC

İtaliyada müşahidə edilən anomal istilər meşə yanğınlarına səbəb olub.

AZƏRTAC xəbər verir ki, ölkənin Kalabriya regionunun cənubunda son bir neçə gündə 100-dən çox yanğın baş verib. Ərazidəki bəzi zeytun bağları tamamilə yanıb. Sardiniya adasında 21 meşə yanğını olub. Toskana regionunda isə 7 yerdə yanğınlar qeydə alınıb.

Ölkənin mülki müdafiə qurumu bütün regional idarələrə meşə yanğınlarına hazır olmaqla bağlı xəbərdarlıq edib. Bəzi ərazilərdə ocaq və manqal yandırmaq qadağan olunub.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Seçilən
61
39
azertag.az

10Mənbələr