Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Şimal Hindistanın Himaçal-Pradeş ştatında intensiv yağışlar səbəbindən baş verən torpaq sürüşmələri və daşqınlarda ən azı 51 nəfər həyatını itirib, 100-dən çox insan xəsarət alıb, 22 nəfər isə itkin sayılır.
Oxu.Az bu barədə NDTV-yə istinadla məlumat verir.
Bildirilib ki, son bir həftədə ştatın 12 rayonuna bu fəlakətlər nəticəsində ciddi ziyan dəyib. 400-dən çox yol bağlanıb, yaşayış evləri, körpülər, elektrik xətləri və kənd təsərrüfatı sahələri zərər görüb.
Hindistan Meteorologiya Departamenti bölgədə narıncı səviyyəli təhlükə elan edib və əhali diqqətli olmağa çağırılıb.
Himaçal-Pradeşdə musson mövsümü iyunun sonundan sentyabra qədər davam edir və bu müddətdə illik yağıntının böyük hissəsi düşür.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.