AZ

Təyyarədə hər kəsin diqqət yetirdiyi o qapı: Açılarsa nə baş verər?

Təyyarə səfərlərində sərnişinlərin ən böyük qorxularından biri – havada olarkən kiminsə təcili çıxış qapısını açmasıdır. Bəs bu, doğrudan mümkündürmü? 

HİT.az xəbər verir ki, amerikalı pilotlar bu sualı “Daily Mail”ə cavablandırıblar. Mütəxəssislər bildirirlər ki, o qadağan olunmuş qolu çevirmək ciddi nəticələrə yol aça bilər.

Təcili çıxış qapıları təyyarədə fövqəladə hallarda sərnişinlərin sürətli təxliyyəsini təmin etmək üçün hazırlanıb. Son illərdə bəzi sərnişinlər, hətta bəzən ekipaj üzvləri belə, bu qapıları təyyarə hələ yerdə olarkən və ya havada açmağa cəhd ediblər. Bu cür hadisələrin artmasından sonra pilotlar, 10 min metr yüksəklikdə bu qapının açılması halında nə baş verəcəyini izah ediblər.

"American Airlines" şirkətindən kapitan pilot Stiv Şaybnır, Paskal Kuni və aviasiya üzrə ekspert Den Babbin sözlərinə görə, əgər təyyarə yerdədirsə və təzyiqsiz vəziyyətdədirsə, təcili çıxış qapısını açmaq mümkündür. Belə halda qapı açılır və şişmə evakuasiya sürüşgüsü avtomatik olaraq işə düşür. 2010-cu ildə "JetBlue" şirkətində baş vermiş insidentdə bir kabin əməkdaşı məhz bu şəkildə qapını açaraq sürüşgüdən istifadə edib təyyarəni tərk etmiş və vəzifəsindən istefa vermişdi.

Lakin təyyarə havada olarkən vəziyyət tamamilə fərqlidir. Kabin içindəki təzyiq xarici təzyiqə nisbətən çox yüksəkdir və bu fərq qapını sanki kilidləyir. Bu səbəbdən uçuş zamanı sərnişinin qapını açması fiziki olaraq mümkünsüzdür. Kapitan Şaybnır bu təzyiq fərqini belə izah edir: "Qapı uçuş zamanı təxminən doqquz PSI-lıq təzyiqlə çərçivəyə sıxılır. Onu bir insanın açması qeyri-mümkündür." Kuni isə əlavə edir: "Kabin təzyiqi sərnişinlərin nəfəs ala bilməsi üçün alçaq yüksəklik səviyyəsinə uyğunlaşdırılır, bu da qapının çərçivəyə bərk oturmasına səbəb olur."

Buna baxmayaraq, keçmişdə qapını zorlayan sərnişinlər də olub. Məsələn, may ayında "All Nippon Airways" aviaşirkətinə məxsus təyyarədə bir sərnişin qapını açmağa cəhd etdiyinə görə təhlükəsizlik kəməri ilə oturduğu yerə bağlanıb. Apreldə isə bir qadın Hind okeanı üzərində 30 min feet yüksəklikdə uçuş zamanı qapını zorlayıb və təyyarənin marşrutu dəyişdirilib. Təkcə sərnişinlər yox, 1972-ci ildə D.B. Kuper adlı şəxs qaçırdığı təyyarənin arxa qapısından paraşütlə atlanaraq itkin düşüb və hələ də tapılmayıb.

Bu cür hərəkətlər əlbəttə ki, ağır hüquqi nəticələr doğurur. "AirAsia X" şirkətinin təyyarəsində təcili çıxışı zorlayan Şadi Taysir Əlsaydəh iki dəfə təyyarə təhlükəsizliyini pozmaq və ekipaj üzvünə hücum etməkdə ittiham olunur. Əgər günahkar bilinərsə, 10 ilədək həbs cəzası ala bilər. "JetBlue" təyyarəsində qapıdan sürüşərək çıxan Stiven Sleyter isə 7 il həbs və 10 min ABŞ dolları məbləğində təzminat cəzası almışdı.

Uçuş zamanı həmin qapını açmaq demək olar ki, qeyri-mümkündür. Lakin ona cəhd etmək belə sizi minlərlə dollar cərimə, illərlə həbs və unudulmayacaq bir qalmaqalla üz-üzə qoya bilər.

Samir

Seçilən
26
21
hit.az

10Mənbələr