AZ

“Çelsi” onun transferini rəsmən açıqladı: 55 milyon avro

“Çelsi” klubu rəsmi olaraq “Brayton”un braziliyalı hücumçusu Joao Pedronu heyətinə qatdığını açıqlayıb.

Publika.az xəbər verir ki, 23 yaşlı futbolçu “zadəganlar”la 7 illik müqaviləyə imza atıb.

Məlumata görə, transferin məbləği 55 milyon funt sterlinq təşkil edir. Anlaşmada əlavə olaraq 5 milyon funt bonuslar nəzərdə tutulub.

2024/25 mövsümündə Joao Pedro klub səviyyəsində 30 oyunda iştirak edib, 10 qol vurub və 7 məhsuldar ötürmə verib.

Seçilən
11
publika.az

1Mənbələr