Lavrov iranlı həmkarı ilə yeni ikitərəfli saziş üzərində işi müzakirə edib...Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan böyük ikitərəfli saziş üzərində işlərin sürətləndirilməsindən məmnunluq ifadə ediblər.Poliqon xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Xəbərdə bildirilir ki, Sergey Lavrov telefon danışığı zamanı iranlı həmkarı ilə hərtərəfli xarakter daşıyan yeni dövlətlərarası sazişin hazırlanmasını müzakirə edib. XİN-dən verilən məlumata görə, saziş yüksək hazırlıq səviyyəsindədir.Tərəflər həmçinin dekabrın 7-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti İbrahim Rəisi arasında aparılmış geniş danışıqların nəticələrini və ikitərəfli əməkdaşlığın digər aktual məsələlərini müzakirə ediblər.Bundan əvvəl İranın İslami Şura Şurası Rusiya ilə informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq layihəsini təsdiqləyib.Poliqon.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta