AZ

“Qarabağ” braziliyalı hücumçudan əlini çəkdi - SON DƏQİQƏ

“Qarabağ” Andre Klovisin xidmətindən imtina edib.

Bu barədə saytımıza Ağdam təmsilçisindən bildirilib.

Redaksiyamıza verilən məlumata görə, braziliyalı hücumçu lə anlaşma əldə olunmayıb.

27 yaşlı cənubi amerikalının tələbləri Azərbaycan çempionunun gözləntilərinin üstünə çıxdığından, danışıqlar bir yerdə dayanıb, irəliləməyib. Və tərəflərin növbəti dəfə dəyirmi masa arxasına əyləşməsi ehttmalı artıq tamamilə «əriyib».

O, ötən mövsüm Portuqaliyanın ikinci liqasında çıxış edən “Akademiko Viseu”da forma geyinib.

Burada 33 oyun keçirən forvard 7 dəfə fərqlənib, 5 məhsuldar ötürmə verib.

Braziliyalı karyerası ərzində Portuqaliyanın “Eştoril”, ölkəsinin “İnter” kimi klublarında da tər töküb.

SPORTİNFO.AZ

Seçilən
30
7
sportinfo.az

8Mənbələr