ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, Vaşinqton öz ehtiyaclarını təmin etmək məqsədilə Ukraynaya hərbi yardımı dayandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat Fox Business telekanalı tərəfindən verilib.
“Məncə, “Amerika ilk növbədə” məhz belədir — əvvəlcə Birləşmiş Ştatların ehtiyaclarına diqqət yetirməliyik”, – deyə o vurğulayıb.
O vurğulayıb ki, Pentaqon ABŞ-ın gücünü nümayiş etdirmək üçün lazım olan strateji müdafiə imkanlarını daima təmin edir.