AZ

Məlumatlar ələ keçirilə bilər Ekspertdən XƏBƏRDARLIQ

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər regionda baş verən gərginliklər və kiberməkanda artan aktivlik fonunda Azərbaycana qarşı kiberhücum ehtimalları da müzakirə olunur.

İKT üzrə ekspert Elvin Abbasov BAKU.WS-ə açıqlamasında bildirib ki, DDoS hücumları təkcə müvəqqəti narahatlıq yaratmaqla kifayətlənmir, həm də daha ciddi təhlükələrə yol aça bilər:

"DDoS hücumları serveri çökdürür. Server çökdükdən sonra orada müəyyən açıqlar yaranaraq ikinci mərhələ başlayır – serverə daxil olma, boşluqlardan istifadə və məlumatları ələ keçirtmək. Bu prosses kibergigyenik qaydaları və kibertəhlükəsizlik qaydalarını öz-özlüyündə əks etdirməlidir. İstənilən halda bütün internet istifadəçiləri bu qaydaları mənimsəməlidir. Və istər dövlət qurumlarının saytları, istərsə də media qurumlarının saytları önləm almalıdır."

Elvin Abbasovun fikrincə, bu cür hücumlara qarşı yalnız texniki yox, həm də maarifləndirici tədbirlər mühüm rol oynayır. Kiberfəzada təhlükəsizlik mədəniyyəti formalaşmalı və mütəmadi olaraq yenilənməlidir. Azərbaycanda bu istiqamətdə inkişaf müşahidə olunsa da, heç bir sistem tam sığortalanmayıb.

Şahanə Xankişiyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
baku.ws

2Mənbələr