"İranın nüvə sənayesini bombardmanla məhv etmək mümkün deyil".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami dövlət televiziyasına müsahibəsində deyib.
O bildirib ki, İranın nüvə sənayesi milli sənayedir: "Onun tərəqqisi qətiyyətlə və fasiləsiz olaraq davam edəcək. Güclü deyilsinizsə, sağ qala bilməzsiniz".
Təşkilat sədri ABŞ-ın İranın nüvə obyektlərinə thücumunu isə "barbarlıq" sayıb: "Bu, cəngəllik qanununun dünyada işlədiyini göstərir. Güclü deyilsinizsə, sağ qala bilməzsiniz".
Tahir Şəlvəli
MİA.AZ