“Lavrov - İsa Məsihin doğulmasından bəri nazir olub, və o vaxtdan bəri heç bir faydalı söz deməyib”
APA xəbər verir ki, Alyansın baş katibi Mark Rütte Rusiyanın xarici işlər naziri NATO-nun “yaxın zamanda çökəcəyi” barədə bəyanatını şərh edib.
“Lavrov məsələsinə gəlincə — məncə, o, Rusiyanın xarici işlər naziri hələ İsa Məsihin doğulduğu vaxtdan bəri olub və o vaxtdan bəri ağzından heç bir faydalı söz çıxmayıb. Ona görə də onun sözlərinə böyük əhəmiyyət verməyə dəyməz”, — deyə Rütte bildirib.