Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Meda xəbər verir ki, hadisə Şirvan kanalının rayon hissəsindən keçən hissəsinin yaxınlığında qeydə alınıb.
İdarəetmədən çıxan maşının aşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 1997-ci il təvəllüdlü Əhmədov İbrahim Ağaxəlil oğlu xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.