AZ

Ukrayna Qərbə çağırış etdi: “İndi zəif qərarların vaxtı deyil” KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukraynanın xarici işlər naziri Dmytro Sıbiga tərəfdaş ölkələri Kiyevə daha çox silah təmin etməyə və lazım gəldikdə onları almağa və ya icarəyə götürməyə hazır olduqlarını bəyan edib.

KONKRET.az xəbər verir ki, Sıbiga bu çıxışı ilə Qərb ölkələrinə açıq mesaj göndərərək bildirib:

“Ukraynada istehsalın, o cümlədən dron-interseptorların və hava hücumundan müdafiə sistemlərinin artırılmasına sərmayələrin artırılmasına çağırırıq. Ukrayna öz müdafiə imkanlarını inkişaf etdirmək üçün fəal çalışır, lakin bizə bu dəstək indi lazımdır. İndi zəif qərarların vaxtı deyil. İndi güc nümayiş etdirməyin və Moskvaya doğru mesajlar göndərməyin zamanıdır”.

Ukrayna rəhbərliyi Qərbdən gecikmədən daha ciddi və operativ dəstək gözlədiyini açıq şəkildə bəyan edib.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
konkret.az

2Mənbələr