AZ

Türkiyədə təyyarə qəzaya uğradı -

Türkiyədə yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Metbuat.az NTV-yə istinadən xəbər verir ki, hadisə Bayburt-Ərzurum şəhərləri arasında qeydə alınıb. Məlumata görə, qəzadan əvvəl təyyarədə olanlar yardım çağırışı edib. Çağırışdan sonra bölgədə axtarış-xilasetmə əməliyyatı başlayıb. Məlumata görə, çağırışdan sonra DHA agentliyinin əməkdaşı telefonla təyyarədə olan sərnişinlə əlaqə saxlayıb. O, təyyarənin dağa çırpıldığını və harada olduqlarını bilmədiyini bildirib.

Məlumata görə, pilot 2008-ci ildən aktiv şəkildə uçuşlar həyata keçirib. Solo dünya turu etmək üçün tək mühərrikli təyyarə ilə uçuşa başlayan pilot ,sərnişini Rizədə qoyub turuna davam etmək istəyib. Pilot uçuşa başlamazdan əvvəl mediaya açıqlama vermişdi.

Seçilən
22
metbuat.az

1Mənbələr