ain.az bildirir, Konkret.az portalına istinadən.
Ukraynanın Jitomir şəhərində güclü partlayış baş verib.
KONKRET.az xəbər verir ki, hadisə SOCAR yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı istehsalat anbarında qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, ilk partlayış zamanı qəlpələr ətrafa yayılıb və yanğın başlayıb. Təxminən üç dəqiqə sonra isə ikinci, nisbətən zəif partlayış baş verib.
“İlk partlayış sanki kəndlərdə eşidildi, qəlpələr uçdu, yanğın başladı. Üç dəqiqə sonra ikinci, amma bir qədər zəif partlayış oldu. Nəyin yandığı hələ dəqiq bilinmir”, — deyə SOCAR yanacaqdoldurma məntəqəsinin əməkdaşı bildirib.
Hadisənin səbəbi və nəticələri ilə bağlı araşdırma aparılır.
Natiq Səlim,
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.