ABŞ Zəngəzur dəhlizinə nəzarət üçün amerikalı operator təklif edib.
KONKRET.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası qlobal münaqişələrin həllində rol oynamaq məqsədilə Zəngəzur dəhlizinə nəzarət və yük tranzitinin monitorinqi funksiyasının amerikalı şirkətə verilməsini nəzərdə tutan yeni plan irəli sürüb.
Mənbənin bildirdiyinə görə, bu təşəbbüs Rusiya Federasiyasını həm danışıqlar prosesindən, həm də dəhlizin icrasından tamamilə kənarda qoyur. Eyni zamanda, Azərbaycanın uzunmüddətli təhlükəsizlik təminatı tələblərini qarşılayır və Ermənistanın dəhliz üzərində suverenliyini qoruyur.
Amerikalı rəsmilər məsələ ilə bağlı ehtiyatlı optimizm nümayiş etdirirlər. Məqalədə ABŞ administrasiyasından bir rəsminin bu fikirləri sitat gətirilir:
“Bəlkə də prezident Tramp bununla Nobel mükafatı da alar”.
Natiq Səlim,
KONKRET.az