Lənkəranda 65 yaşlı kişi bıçaqlanıb.
“Report”un cənub bürosunun məlumatına görə hadisə Şürük kəndində baş verib.
Kkənd sakini, 1960-cı il təvəllüdlü Elxan Şahi oğlu Kazımov kəsici alətlə xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona boyunun ön və belin arxa səthində kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
İlkin məlumata görə E.Kazımov qonşusu tərəfindən şəxsi münasibətlər zəminində bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.