AZ

CİA Trampla bağlı elə SƏNƏDLƏR yaydı ki… – Rusiyanın da əli var

Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) 2016-cı il ABŞ seçkilərində Rusiyanın Trampa yardımı ilə bağlı qiymətləndirmələrdə ciddi pozuntular olduğunu etiraf edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat, ABŞ-da keçmiş prezident Donald Trampın seçkilərdə Rusiya tərəfindən dəstəklənməsi ilə bağlı hazırlanmış hesabatın yeni açıqlanan məxfi sənədində əksini tapıb.

Sənəd ABŞ-ın keçmiş prezident Barak Obama administrasiyası dövründə hazırlanmışdı. Hesabatda “Vladimir Putin Donald Trampın qalib gəlməsinə yardım etmək istəyirdi” fikri əsas kimi göstərilmişdi.

Lakin sənədin açıqlanmasına təşəbbüs göstərən CIA rəhbəri Con Retkliff bildirib ki, həmin qənaət kəşfiyyatçılar tərəfindən prosedur qaydalarının pozulması ilə hazırlanıb. Onun sözlərinə görə, analitiklərə məxfi məlumatlara məhdud çıxış verilmiş, Milli Kəşfiyyat İcması prosesdən uzaqlaşdırılmış, və kəşfiyyat rəhbərləri normadan kənar şəkildə müdaxilə etmişlər.

Retkliff əlavə edib ki, bu pozuntular nəticəsində analitik standartlar zəiflədilib, Putinin Trampı dəstəkləmədiyini göstərən dəlillər isə hesabatdan çıxarılıb. Bundan əlavə, qiymətləndirmə başa çatmamışdan öncə mediaya sızmalar baş verib və bu da “analitik nəticələrə təsir edə biləcək ‘lövbər effekti’” yaratmış ola bilər.

“Həmin dövrdə agentliklərin rəhbərləri elə bir siyasiləşmiş atmosfer yaratmışdılar ki, bu, bizim demokratiyamız üçün əhəmiyyətli olan məsələ ilə bağlı qeyri-adi analitik prosesə gətirib çıxardı”, – deyə CIA rəhbəri vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
9
1
konkret.az

2Mənbələr