AZ

ABŞ Çinə proqram təminatının ixracına qoyulan məhdudiyyətlərə yenidən baxıb

ABŞ prezidenti Donald Trampın administrasiyası çip dizaynı proqram təminatının Çinə ixracına qoyulan bəzi məhdudiyyətləri aradan qaldırıb...

Poliqon bu barədə Bloomberg nəşrinə istinadən xəbər verir.

Nəşr qeyd edib ki, ABŞ Ticarət Departamenti Almaniyanın Siemens AG texnologiya şirkətinə Çində bizneslə məşğul olmaq üçün artıq xüsusi dövlət lisenziyalarına ehtiyac olmadığı barədə xəbərdarlıq edib. Şirkət artıq Çin müştərilərinə proqram təminatı və texnologiyalara tam girişi qaytarıb.

May ayında bildirildi ki, Ağ Ev Amerika şirkətlərindən Çin şirkətlərinə yarımkeçirici dizayn proqram təminatının verilməsini dayandırmağı tələb edib.

Nəşr qeyd ediv ki, ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun sifarişi Cadence, Synopsys və Siemens EDA şirkətlərinə ötürülüb. Nəşr vurğulayır ki, şirkətlər müasir çiplər hazırlayır və həmçinin elektron sxemlərin avtomatlaşdırılmış dizaynı üçün proqram və alətlər üçün Çin bazarının 80%-nə cavabdehdirlər.

Poliqon.info 

Seçilən
63
29
poliqon.info

10Mənbələr