Paytaxtda sıxlıq müaşhidə olunan küçə və prospektlər açıqlanıb. 1news.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, bir sıra yollarda nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. Hazırda: 1. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.