İyunun 26-da Rusiya Federal Məhkəmə İcraçıları Xidməti "Crocus Group"un prezidenti Araz Ağalarova qarşı məhkəmə icraatına başlayıb.
Oxu.az xəbər verir ki, bu barədə məlumat borclu fiziki şəxslərin reyestrində yer alıb.
Moskvanın Presnensk Məhkəməsi mayın 7-də icra vərəqəsi verib, iş üzrə iddiaçı qismində Moskva metropoliteni çıxış edir. Araşdırmanın təfərrüatı məlum deyil.
Qeyd edək ki, Araz Ağalarov "Crocus Group"un təsisçisi və prezidentidir.
Fevral ayında "Crocus International" şirkəti ("Crocus Group"un bir hissəsi) "Crocus City Hall" konsert salonunda 146 nəfərin ölümü ilə nəticələnən terror aktı işində zərərçəkmiş kimi tanınıb.