AZ

Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubundan ayrıldı

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli vətənə qayıdıb.

Sportinfo.az xəbər verir ki, o, həm də qapıçılar üzrə məşqçi postunu tutduğu Qazaxıstan "Astana"sınıtərk edib.

Hüseynli "Araz-Naxçıvan"a qayıtmağa hazırlaşır. Hazırda tərəflər arasında danışıqlar gedir.

Keçidin yaxın günlərdə baş tutacağı gözlənilir. Xatırladaq ki, 34 yaşlı qolkiper son 3 ildə Qazaxıstan çempionatında çıxış edib.

Seçilən
24
31
sportinfo.az

10Mənbələr