AZ

Sadır Japarov Azərbaycanda ECO sammitində iştirak edəcək

"Qırğız Respublikasının Prezidenti Sadır Japarov 3-4 iyul tarixlərində Azərbaycan Respublikasına işgüzar səfər edəcək".
 
Moderator.az-ın Qırğızıstan Prezidentinin rəsmi saytına istinadla verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqınbek Abdumutalıp məlumat verib.
 
Onun sözlərinə görə, səfər çərçivəsində Sadır Japarov Xankəndi şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitində iştirak edəcək.
 
"İşgüzar səfər zamanı, həmçinin Azərbaycan Respublikasının Ağdam rayonunda Qırğızıstan tərəfinin inşa etdiyi "Ayköl Manas" məktəbinin rəsmi açılışı da keçiriləcək", - deyə Saqınbek Abdumutalıp vurğulayıb.
Seçilən
12
50
moderator.az

10Mənbələr