AZ

Sadır Japarov Azərbaycana səfərə yola düşdu

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə yola düşüb.

Bu barədə prezident administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqinbek Abdumutalip məlumat verib.

O bildirib ki, Prezident Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək sammitində iştirak etmək üçün iyulun 3-4-də Azərbaycana işgüzar səfərdə olacaq.

Saqınbek Abdumutalip qeyd edib ki, işgüzar səfər zamanı Qırğızıstan tərəfindən Azərbaycan Respublikasının Ağdam rayonunda inşa edilmiş "Aykol Manas" məktəbinin rəsmi açılışı da baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
47
olaylar.az

10Mənbələr