AZ

Nissan maliyyə böhranı ilə üz-üzə

Finss.az - Yapon avtomobil istehsalçısı Nissan ciddi maliyyə çətinliyi yaşayır və Avropa ilə Böyük Britaniyadakı kreditorlarından ödəmələrin təxirə salınması üçün müraciət edib.

Reuters-in sızdırılmış elektron məktublar və daxili sənədlərə istinadən yaydığı xəbərə görə, şirkət cari xərcləri qarşılamaq üçün qısamüddətli likvidlik vəsaitini artırmağa çalışır.

Nissan bəzi təchizatçılarla faiz əlavə edilən təxirə salma şərtlərində razılığa gəlib, bu da avtomobil nəhənginə dərhal pul ödəmək əvəzinə gələcəkdə daha çox məbləği ödəmək imkanı verir. Hazırda iyun ayına aid bir sıra ödənişlərin avqust və ya sentyabr aylarına qədər təxirə salınması nəzərdə tutulur.

Şirkətin keçən maliyyə ilində 700–750 milyard yen (təxminən 5 milyard ABŞ dolları) xalis zərər bildirməsi Nissan tarixində ən böyük göstəricidir. Yeni baş direktor İvan Espinoza isə xərclərin azaldılması, məhsul və bazar strategiyalarının yenilənməsi və tərəfdaşlıqların yenidən nəzərdən keçirilməsi üçün genişmiqyaslı restrukturizasiya proqramı həyata keçirir.

Espinozanın fikrincə, keçmiş rəhbərliyin yüksək ambisiyaları səbəbindən şirkət böhrana düşüb, çünki zavodların genişləndirilməsinə böyük investisiyalar olunub, lakin planlaşdırılan istehsal və satış hədəflərinə çatmaq mümkün olmayıb.

Seçilən
67
3
fins.az

5Mənbələr