AZ

Ağcabədidə 42 yaşlı kişini ilan sancdı

AĞCABƏDİ, 3 iyul. TELEQRAF

Ağcabədidə 42 yaşlı kişini ilan sancıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, rayon sakini Ağayev Şəhriyar Fəqan oğlu ilan sancma diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, ilkin müayinə zamanı məlum olub ki, ilan onun sol ayağından sancıb.

İlkin yardım göstərilib ilan zəhəri əlehinə zərdab vurulub.

Seçilən
7
1
teleqraf.com

2Mənbələr