AZ

Rusiya hücum üçün ucuz və təsirli silah tapdı

News24 saytından alınan məlumata görə, ain.az bildirir.

“Ukraynanın nə qədər hava hücumundan müdafiə raketi qalıb və bizim onlarla problemimiz varmı” sualına heç kim cavab verməyəcək, çünki bu məlumatlar məxfi xarakter daşıyır. Bununla belə, böyük hava hücumundan müdafiə və "Şahid" PUA-larına qarşı hazırkı mübarizə kontekstində Ukrayna Qərb tərəfdaşlarından ciddi şəkildə asılıdır.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbçi, PUA mütəxəssisi Sergey Beskrestnov çıxış edib.

"Rusiya “Şahid”lərin istehsalını artırır, onlar bizə qarşı nisbətən ucuz və təsirli silah tapıblar. Şəhərlərə kütləvi hücumlarla hava hücumundan müdafiə sistemini yarmaq üçün effektiv taktika əldə ediblər. Və daha da genişləndirəcəklər. Məndə olan məlumata görə, onlar daha bir zavod tikirlər. Ona görə də bir il ərzində bir gecədə 700-800 PUA-nın hücumunu görsək, təəccüblənmərəm. Bu, hazırda mövcud olan tendensiyadır", - o deyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
50
news24.az

10Mənbələr